Moldova Prezidenti yeni hökumətin tərkibini açıqlayıb- ÖZƏL
10:20 SiyasətOlaylar.az xəbər verir ki, Moldova Prezidenti Maya Sandu parlament tərəfindən təsdiqlənən Vasile Tofanın rəhbərlik etdiyi yeni Nazirlər Kabinetini andiçmə mərasimində rəsmən vəzifəyə başlayıb.
Mərasim prezident administrasiyasının binasında keçirilib və hökumətin rəsmi saytında canlı yayımlanıb.
Maya Sandu çıxışında bildirib ki, Moldova Avropa standartlarına uyğunlaşma prosesini davam etdirməlidir. O, yaxın aylarda Avropa İttifaqına inteqrasiya istiqamətində mühüm mərhələlərin gözlədiyini vurğulayaraq nazirləri bu istiqamətdə səylərini prioritet etməyə çağırıb.
Prezident hökumət qarşısında iqtisadi inkişafın sürətləndirilməsi, biznes mühitinin yaxşılaşdırılması, dövlət əmlakının daha səmərəli idarə olunması, Avropa fondlarından daha geniş istifadə edilməsi, eləcə də vətəndaşların və dövlətin təhlükəsizliyinin təmin olunması kimi vəzifələr qoyub.
Vasile Tofan baş nazir postuna Maya Sandunun komandasını əhatə edən korrupsiya qalmaqalından sonra namizəd göstərilib. Qalmaqaldan sonra əvvəlki baş nazir Aleksandr Muntyanu istefa verib. Müxalifət prezidentin hökumətin formalaşdırılması ilə bağlı keçirdiyi məsləhətləşmələri boykot edib. Onlar Nazirlər Kabinetinin tərkibində nazirlərin dörddə üçünün vəzifəsində saxlanıldığını və baş nazir namizədinin hakim çoxluq tərəfindən əvvəlcədən müəyyənləşdirildiyini bildiriblər.