Qarabağ münaqişəsinin həllinə təsir edəcək bir sıra amillər var

"Türkiyənin yürütdüyü siyasət, açıqladığı rəsmi mövqe  ondan ibarətdir ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması Azərbaycan ərazilərindən qoşunların çıxarılması və işğal olunmuş ərazilərin azad olunmasından başlayır". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri Milli Məclisin vitse-spikeri Bahar Muradova Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun Ermənistana səfərinə münasibət bildirərkən səsləndirib: "Ona görə də, bu təmaslara normal baxıram və bəzilərinin "Türkiyə-Ermənistan münasibətləri olmasın" fikirlərini bölüşmürəm. Bu gün Dağlıq Qarabağ münaqişəsinin həllinə təsir göstərəcək bir neçə amillər var. Bunu vasitəçilər, müşahidəçilər və analitiklər də hər zaman qeyd edirlər. Bunların arasında əhəmiyyətli yerlərdən birini Türkiyə-Azərbaycan, Türkiyə-Ermənistan və Azərbaycan-Ermənistan münasibətləri tutur. Əlbəttə ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasını hədəf kimi seçənlər bunun Azərbaycan-Türkiyə və Azərbaycan-Ermənistan münasibətlərindən keçdiyini hər zaman gözə almalıdırlar. Bu nəzərə alınmadığı təqdirdə isə hər hansı bir layihə fiaskoya uğrayır. Bu mənada mən bu münasibətləri təsirli vasitə hesab edirəm". Bahar Muradovanın sözlərinə görə,   Türkiyə-Ermənistan münasibətlərinin qarşıdakı 2015-ci ili hədəf götürərək normallaşmasını istəyənlər, əlbəttə ki, bu amilə də təsir göstərəcək biləcək hərəkətləri paralel aparmalıdırlar: "Belə olmadığı təqdirdə, yenə də Türkiyə-Ermənistan münasibətlərinin normalaşacağına az ümid edirəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00