Milli Şura adlı qurum iflasa uğrayıb

"Qonşu respublikalarda baş verən hadisələr Azərbaycanda təkrar oluna bilməz. Çünki Azərbaycanda xalq ilə iqtidar bir yerdədir". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov Milli Şuranın dekabrın 15-nə planlaşdırdığı mitinqə və Ukraynadakı hadisələrin Azərbaycanda təkrarlana biləcəyi barədə səsləndirilən fikirlərə münasibət bildirərkən deyib. Hakim partiyanın rəsmisi bildirib ki, Azərbaycan xalqı öz prezidentini dəstəkləyir: "Xalq bir neçə ay bundan öncə çox böyük səs çoxluğu ilə öz prezidentini seçib və onun siyasətini müdafiə edir. Kimsə nəyisə bəhanə etmək istəyirsə, onlar heç bir nəticə verməyəcək. Milli Şura adlı qurum iflasa uğrayıb və artıq belə bir qurum yoxdur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00