"Hraparak": Ermənistan hakimiyyəti bəzi parlament komissiyalarını müxalifətə verməyə hazırlaşır – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistanın "Hraparak" qəzetinin yaydığı məlumata görə, Dchr("39")Ondt düsturuna əsasən, parlamentdə yaradılacaq 12 komissiyadan üçünün rəhbərliyi müxalifətdəki "Güclü Ermənistan" blokuna verilməlidir. Hakim "Vətəndaş Müqaviləsi" partiyası bütün komissiyalar üçün öz namizədlərini irəli sürsə də, namizədlərin eyni vaxtda fərqli komissiyalara təyin olunma cəhdləri onların müəyyən güzəştlərə hazır olduğunu göstərir. 

Qəzetin təhlilinə əsasən, hakimiyyətin müxalifətə verməyə meylli olduğu sahələr sırasında İqtisadiyyat və ya Maliyyə-Kredit komissiyası, Regional və Avrasiya İnteqrasiyası komissiyası, eləcə də ənənəvi olaraq müxalifət nümayəndəsinin rəhbərlik etdiyi İnsan Hüquqları komissiyası yer alır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31