Ermənistan TRİPP layihəsi üzrə müqaviləni təsdiq edir- ÖZƏL
13:40 Siyasət"Ermənistan hökuməti TRİPP layihəsi ilə bağlı təsdiq prosesinə başlayıb. ABŞ və Ermənistan arasında imzalanmış TRİPP layihəsini ilə bağlı müqaviləni hökumət təsdiq etdi. Müqavilə Konustitusiya məhkəməsinin müsbət rəy verdikdən sonra parlamentin təsdiqinə göndəriləcək". "Olaylar" xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib: "Təbii ki, bu layihəni hökumət təsdiq edibsə, konustitusiya məhkəməsi və parlamentdə təsdiq olunacaq. Bununla da TRİP layihəsi -Zəngəzur dəhlizinin açılması rəsmi Yerevan tərəfindən təsdiq olunmuş oldu.
Rusiya və İran bu marşuruta qarşıdır. Rusiyanın bu istiqamətdə sərhəd qüvvələri var. Həmçinin İranla sərhəddə olması marşruta qarşı təxribatların olması istisna deyil.
Rusiya və İranın Cənubi Qafqazda ABŞ iqtisadi maraqlarının rəsmiləşməsinə dözümlü yanaşmayacaq. Rusiya Azərbaycana və Ermənistana bu layihəyə görə müxtəlif istiqamətlərdə təzyiqlər edə bilər. İrana gəldikdə isə, ABŞ hücumları fonunda İranın bir dövlət kimi hərbi-iqtisadi cəhətdən çökməsi yaxın perspektivdə gözlənilir. Rusiyaya gəldikdə isə, Ukrayna kifayət qədər Rusiyaya zərbələr vurmaqla bu böhranda ilişib qalıb. Rusiya və İranın TRİP marşrutuna strateji təhdid olması gözlənilmir".