Peter Pelleqrinin səfərinin Qarabağdan başlaması tərəfdaşlığın strateji dərinliyini göstərir- ÖZƏL

"Son illər Azərbaycanın həyata keçirdiyi müstəqil, çoxşaxəli və milli maraqlara əsaslanan xarici siyasət ölkəmizi qlobal arenada etibarlı və arzuolunan tərəfdaşa çevirib. Bu uğurlu diplomatik strategiyanın ən bariz nümunələrindən biri də Avropa İttifaqının mühüm ölkələrindən olan Slovakiya Respublikası ilə qurulan yüksəksəviyyəli əməkdaşlıq əlaqələridir. İyulun 14-də Slovakiya Prezidenti Peter Pelleqrininin Azərbaycana rəsmi səfəri və dövlət başçılarının rəmzi əhəmiyyət kəsb edən, xalqımızın mədəniyyət paytaxtı Şuşada keçirdikləri görüş həm ikitərəfli əlaqələrin gələcək inkişafı, həm də regional tərəfdaşlıq baxımından tarixi hadisədir".  "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Anar Məmmədov deyib:

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Şuşada mətbuata verdiyi bəyanat ölkələrimiz arasında formalaşmış səmimi, dinamik və nəticəyə yönəlmiş dostluq münasibətlərinin dərin təhlilini özündə ehtiva edir. Azərbaycan-Slovakiya əlaqələrinin bugünkü yüksək səviyyəyə çatması hər iki ölkə rəhbərinin nümayiş etdirdiyi güclü siyasi iradənin və şəxsi dostluq münasibətlərinin məhsuludur. Cənab Prezident İlham Əliyevin ötən ilin sonunda Slovakiyaya etdiyi rəsmi səfər və orada göstərilən yüksək qonaqpərvərlik əlaqələrin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasının əsasını qoymuşdu. Bu gün Şuşada davam edən dialoq siyasi təmaslarımızın müntəzəm xarakter aldığını bir daha sübut edir.

Prezident Peter Pelleqrini Azərbaycanın yaxın və səmimi dostudur. Onun daha əvvəl parlament sədri və Baş nazir kimi, həmçinin beynəlxalq iqlim konfransı çərçivəsində ölkəmizə etdiyi səfərlər ikitərəfli münasibətlərin dərinləşməsində mühüm rol oynamışdır. Onun bu dəfə Prezident statusunda ölkəmizə gəlməsi və səfərini məhz Qarabağdan başlaması tərəfdaşlığımızın strateji dərinliyini göstərir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31