Vilnüs sammitindən sonrakı vəziyyət müzakirə edilir

Dekabrın 11-də Vilnüsdə  "Vilnüs Sammitindən sonra Şərq Tərəfdaşlığı - Çağırışlar və Perspektivlər " mövzusunda seminar işə başlayıb. "OLAYLAR"-ın Strateji Araşdırmalar Mərkəzinə istinadən verdiyi xəbərə görə, mərkəzinin xarici siyasət məsələlərinin təhlili şöbəsinin müdiri Rövşən İbrahimov da seminarda iştirak etmək üçün Vilnüsə səfər edib. Tədbirdə Rövşən İbrahimov "Siyasi Ölçü: Tərəfdaşlıq ölkələrinin Vilnüs Sammitindən sonrakı daxili və xarici vəziyyəti kontekstində Şərq Tərəfdaşlığı Proqramının real əhəmiyyəti" mövzusunda çıxış edəcək. 

Qeyd edək ki, seminarın keçirilməsində məqsəd Vilnüs Sammitindən sonrakı vəziyyəti və gələcək perspektivləri təhlil etməkdir. Tədbirdə çıxış etmək üçün Şərq Tərəfdaşlığının 6 ölkəsindən ekspertlər dəvət olunub. 

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00