“Ukrayna hadisələri xaricdən idarə olunur” - AÇIQLAMA
Daşqın Gülməmmədov: “Viktor Yanukoviç Ukrayna xalqının mövqeyi və rəyini nəzərə almalıdır”
11 Dekabr 2013 13:12 Siyasət"Kiyevdə siyasi vəziyyət kritik olaraq qalır, Ukraynada müxalifət-hökumət qarşıdurmasiı hələ də çözülməmiş fazadadır" - bu barədə "OLAYLAR"a açıqlamasında Ukrayna Qarapapaq Türkləri Milli Şurasının (UQTMŞ) sədri Daşqın Gülməmmədov bildirib. D.Gülməmmədov bildirdi ki, Kiyevdə Azadlıq meydanınin bir hissəsi, Prezident Administrasiyası və Nazirlər Kabinetinin ətrafı etirazçılardan təmizlənsə də hələ xalqı sakitləşdirmək mümkün olmayıb. Bəzi xarici ölkələrin xüsusi xidmət orqanları isə çox fəal surətdə prosesləri təxribatların hesabına daha kəskin məcraya yönəltmək niyyətlərindən əl çəkməyiblər: "Amma bütün hər şeyə rəğmən prezident Viktor Yanukoviç Ukrayna xalqının mövqeyi və rəyini nəzərə almalıdır. Çünki Kiyevdə və qərb regionlarında davam edən etiraz aksiyalari məhz xalqın mövqeyini əks etdirir. Biz hazırki situasiyada ortaq məxrəcə gəlinməsinin tərəfdarıyıq. İstənilən halda UQTMŞ Ukrayna xalqının mövqeyini dəstəkləyəcək". ("OLAYLAR" İA)