“Saakaşvili və Merbalaşvilinin gizli kameralara sonsuz sevgisi olub” - Ərəstun Oruclu

“Videohəvəskar naziri azı 12-13 il həbs cəzası gözləyir”

"Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin gözdən salınmasına və keçmiş baş nazir İvane (Vano) Merabişvilinin həbsinə səbəb onların gizli kameralara sonsuz sevgisi olub" - "Şərq-Qərb" Araşdırmalar Mərkəzininin direktoru Ərəstun Orucludan "OLAYLAR"a daxil olan məlumatda belə deyilir. Ə.Oruclu bildirir ki, daxili işlər naziri olarkən (Gürcüstanda əks-kəşfiyyat xidməti də bu nazirliyin tərkibində olub) Merabişvili prezident Saakaşvilinin tapşırığı ilə az qala bütün xarici diplomatlar və rəsmilər haqda "kompromat" videolar çəkdirib. Bu barədə beynəlxalq dairələrə məlumat daxil olanda o da aydın olub ki, Merabişvili hələ tələbəlik illərindən SSRİ KQB-si ilə əməkdaşlıq edirmiş: "Odur ki, çəkilmiş videokompromatların Rusiyanın xüsusi xidmət orqanlarına ötürülməsi ehtimalı da ciddi araşdırma predmetidir. Məsələ burasındadır ki, rus kəşfiyyatının əlinə düşəcəyi ehtimal edilən seks-videolar sonradan qərb diplomatları və rəsmiləri arasında geniş əməkdaşlığa cəlbetmələrə (buna "verbovka" deyirlər) yol aça bilər. Mənbələr vurğulayırlar ki, bu fəaliyyətinə görə çətin ki, dünyada kimsə hal-hazırda həbsdə olan Merabişvilinin hüquqlarını müdafiə edəcək. Qısası, videohəvəskar naziri azı 12-13 il həbs cəzası gözləyir". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00