“Dağlıq Qarabağ münaqişəsinin həlli Aİ-nin prioritetidir”

"Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli Avropa İttifaqının əsas prioritetlərindən biridir" - Avropa İttifaqının ali rəsmisi, Litvanın xarici işlər naziri Linas Linkevisius belə deyib. Alman mətbuatının məlumatına görə, Linkevisius noyabrın 19-da Vyanada keçirilən Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü məsələnin həll edilməsində əhəmiyyətli addım adlandırıb: "Avropa İttifaqı bu görüşü sevinclə qarşıladı. Hər halda bu məsələnin həllində mühüm amil olacaq. Vyana görüşü gələcəkdə məsələnin diplomatik yolla həllinə əlavə stimul vcerəcək. Aİ-nin münaqişənin həllindəki mövqeyi ATƏT-in Minsk Qrupunun mövqeyilə üst-üstə düşür". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00