YAP Heydər Əliyevin vəfatının 10 illiyini qeyd edəcək
10 Dekabr 2013 17:20 SiyasətDekabrın 11-də hakim Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin vəfatının 10-cu ildönümü ilə bağlı tədbir keçiriləcək. Bu barədə məlumat "OLAYLAR"-a YAP-ın mətbuat xidmətindən daxil olub. Bildirilib ki, anım mərasimində dövlət və hökumət rəsmiləri, millət vəkilləri, partiya fəalları iştirak edəcək. Tədbirdə Heydər Əliyevin həyatından, müstəqil Azərbaycanın inkişaf etməsi istiqamətindəki xidmətlərindən danışılacaq. Toplantıdan əvvəl isə hakim partiyanın rəhbərliyi Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00