Partiyalar ləğv olunmayacaq, sadəcə, onlara xəbərdarlıq ediləcək
10 Dekabr 2013 15:37 Siyasət"Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" qanununa edilən dəyişiklik həm kommersiya təşkilatı həm siyasi partiya, həm də qeyri-hökümət təşkilatına aiddir". Bunu deyən millət vəkili, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rəfael Cəbrayılovun sözlərinə görə, bu qanun qarşısında həm bizim milli hüquqi şəxsləri, istərsə də xarici ölkələrin hüquqi şəxslərinin Azərbaycanda olan filialları, nümayəndələrinin hüquq bərabərliyini təmin edilir: "Onlar üçün qanunda ünvanın göstərilməsi nəzərdə tutulmurdu. İndi xarici ölkələrin hüquqi şəxsləri də, onların da filialları, nümayəndəlikləri də Azərbaycanda fəaliyyət göstərirsə, hökmən onların hüquqi ünvanları olmalıdır. Bu eyni zamanda da bütün siyasi partiyalara, təşkilatlara, QHT-lərə də aiddir". Qərargahı olmayan siyasi partiyaların ləğv olunması məsələsinə münasibət bildirən R.Cəbrayılov qeyd edib ki, burada söhbət partiyaların ləğv olunmasından getmir: "Sadəcə, xəbərdarlıq olunacaq ki, ünvanınız olsun, bir yerdə oturun. Heç olmasa, ən azından sizə məktub, dəvətnamə göndəriləndə ünvanınız olsun".