“Partiyaların ələnməsi təbii yolla getməlidir”

Siyasilər hesab edir ki, dövlət partiyalara qərargah verməyə borcludur

"İnandırıcı deyil ki, Milli Məclis siyasi partiyaların qeydiyyatı ilə bağlı belə bir qanun qəbul etsin". Bunu deyən AMİP sədrinin Beynəlxalq məsələlər üzrə müavini Elşən Mustafayevin sözlərinə görə, qanunvericiliyə görə, partiyalara qərargah vermək birbaşa dövlətin borcu hesab olunur: "Güman ki, partiyaların baş qərargahı ilə bağlı məsələ onların yenidən qeydiyyatı ilə əlaqədardır. Ancaq partiyaların qeydiyyatı, yaxud təkrar qeydiyyatı ilə bağlı da başqa bir şey fikirləşmək olardı. Məsələn söhbət var ki, partiyaların yaradılması üçün hazırda nəzərdə tutlan üzvlərin sayı 5 minə qaldırılsın. Bu halda müqayisə aparmaq olardı ki, üzvlərin sayı 5 min yox, 3 min olsun. Amma partiyaların qərargah məsələsinin onun qeydiyyatına heç bir aidiyyatı yoxdur. Ola bilsin ki, qanunvericilikdə nəzərdə tutlan dəyişiklik düzgün anlaşılmayıb". Onun sözlərinə görə, partiyaların qərargahı yoxdursa, bu məsələdə onların heç bir günahı yoxdur. Çünki, qanunvericiliyə əsasən dövlət siyasi partiyaları qərargahla təmin etməlidir: "Əgər partiyalar öz hesabına qərargah almaları məsələsi reallaşsa, onda "Siyasi partiyalar haqqında" qanundan dövlətin partiyaları qərargahla təmin etməsi maddəsi çıxarılsın. Ona görə də bu məsələ qeyri-ciddi görünür. Lakin buna baxmayaraq biz partiyaların ələnməsi proseini gözləyirik".

ADP sədrinin müavini Həsrət Rüstəmov bildirib ki, qanun siyasi partiyaların qərargahla təmin olunması məsələsini dövlətin üzərinə qoyur. Qanunvericiliyə görə, dövlət siyasi partiyaları mərkəzi qərargahla təmin etməli, imkan olduqca da yerli təşkilatlara da yardım etməlidir: "İndi isə bundan istifadə edib siyasi partiyaların fəaliyyətini məhdudlaşdırmağa cəhd edilir. Nəzərə almaq lazımdır ki, Azərbaycanın gələcəyi siyasi partiyaların mövcudluğu ilə mümkündür. Elə hesab edirəm kmi, bu məsələni ortaya atanlar siyasi partiyaları daha çox təzyiq altında saxlamaq cəhdində bulunurlar". Onun sözlərinə görə, partiyaların ələnmə prosesi təbii üsulla getməlidir. Yəni hansı partiyalat ictimai dəstək qazana bilmirlərsə, seçici səsi qazana bilirlərsə, onlar fəaliyyətini davam etdirməli, güclənməli, hansıların ki, buna bacarığı çatmır, təbii ki, onlar ələnməlidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00