Ombudsman erməni vəhşiliyindən danışdı

Elmira Süleymanova: "Bir çox ölkələr Xocalı faciəsini soyqırım kimi tanıyır və Ermənistanı qınayır"

Soyqırımın ən qəddarı Ermənistanın Azərbaycana qarşı yeritdiyi işğalçılıq siyasəti zamanı ermənilər tərəfindən Azərbaycanda, Xocalıda törədilib. Bunu dekabrın 10-da İnsan Hüquqları Günü ilə bağlı keçirilən tədbirdə ombudsman Elmira Süleymanova deyib. E.Süleymanova bildirib ki, bir çox ölkələrin parlamentində Xocalı soyqırımı faktının tanınması ilə bağlı sənədlər qəbul olunub və hazırda da bu proses aktiv şəkildə davam edir.
Ombudsman bildirib ki, Xocalıda hüquqları pozulan insanların hüquqlarının bərpası istiqamətində mühüm addımlar atılır.
Onun sözlərinə görə, ölkə rəhbərliyi istər işğal olunmuş ərazilərdə yaşayan insanların, istərsə də Xocalı soyqırımına məruz qalan vətəndaşların hüquqlarının qorunması ilə bağlı mühüm işlər görür: "Bunun nəticəsidir ki, bir çox ölkələr Xocalını faciəsini soyqırımı kimi tanıyır və Ermənistanı qınayır". trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00