Deputatımız AŞ PA-nın komitə iclasına qatılacaq
10 Dekabr 2013 11:53 SiyasətDekabrın 12-də Parisdə Avropa Şurası Parlament Assambleyasının Hüquqi işlər və insan haqları komitəsinin iclası keçiriləcək. Milli Mclisin mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə Milli Məclisin deputatı Rafael Hüseynov iştirak edəcək. İclasda Sərhədsiz televiziyaya dair Avropa Konvensiyasının təftişi, Avropa Birliyində fundamental insan hüquqlarının cari vəziyyəti, Ekstradisiya olunan şəxslərə dair Konvensiyadan sui-istifadə halları ilə mübarizə, inzibati həbs və digər mövzularda fikir mübadiləsi aparılacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00