“2 rayonun qaytarılmasında Azərbaycan, Türkiyə və Rusiya razılığa gəliblər”

Erməni politoloq Aykazun Alvrtsyan yerli mətbuata açıqlamasında bildirib ki, Türkiyə Xarici işlər naziri Əhməd Davudoğlunun qondarma "erməni soyqırımı"nın 100 illiyi ərəfəsində İrəvana səfər etməsi Ermənistan-Türkiyə əlaqələrinin istiləşməsinə atılmış addımdır. A.Alvrtsyan qeyd edib ki, Türkiyə qondarma "soyqırım"ın yubileyinin keçirilməsinin qarşısını almaq üçün Ermənistanla münasibətlərin qaydasına düşməsinə çalışır: "Davudoğlunun Ermənistana səfər etməsi Türkiyə tərəfindən Ermənistanın lehinə atılmış addımdır. Lakin Ankara bununla həm də regiondakı varlığını bildirməyə çalışır. Türkiyə mətbuatında Ermənistanın 2 rayonu Azərbaycana qaytaracağı barədə yayılan məlumatlar da eyni ssenariyə daxildir. Həqiqətən də həmin rayonların Azərbaycana qaytarılması razılaşdırılıbsa, burada Ermənistanın rolu yoxdur. Mütləqdir ki, həmin məsələdə Azərbaycan, Rusiya və Türkiyə razılığa gəliblər. Çünki Ermənistan bu dövlətlər üçün o qədər də əhəmiyyətli mövqeyə malik deyil. Rusiya bununla Türkiyə ilə razılaşmaqla Cənubi Qafqazda möhkəmlənməyə səy göstərir". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00