Rusiya və Qərb Dağlıq Qarabağ münaqişəsini gündəmə gətirir
10 Dekabr 2013 11:02 Siyasət"Rusiya və Qərbin Cənubi Qafqazda mənfəət oyunu Ermənistana baha başa gələcək" - "Qərb Ermənilərinin Problemlərinin" Araşdırma Mərkəzinin direktoru Aykazun Alvrtsyan yerli mətbuata açıqlmasında belə deyib. Alvrtsyan bildirib ki, Ermənistanın Gömrük Birliyinə qoşulması Qərb və ABŞ tərəfindən narahatlıqla izlənilir. Erməni politoloq onu da qeyd edib ki, Rusiyanın Gömrük Birliyi layihəsi regionda siyasi vəziyyəti gərginləşdirə bilər: "Rusiya Prezidenti Vladimir Putin sonuncu müsahibəsində dolayı yollarla ABŞ və Avropaya Cənubi Qafqaz mövzusundə xəbərdarlıq etdi. Bu isə tərəflər arasında münasibətləri bir qədər də gərəcək. Qərb isə bunun müqabilində regiondakı mövqeyini möhkəmləndirməyə çalışır. Lakin ümumilikdə Ermənistan Qərb üçün o qədər strateji əhəmiyyətə malik deyil. ABŞ və Qərb Cənubi Qafqazda möhkəmlənmək üçün Dağlıq Qarabağ münaqişəsindən sui-istifadə edirlər. Keçən illər ərzində müttəfiqlərin münaqişənin həlli istiqamətində addımlar atmaması şübhələri bir qədər də artırır. Gömrük İttifaqına qoşulmasından sonra Qərbin Ermənistana yönəlik addımlarının artması da Rusiyanı narahat edir". A.Alvrtsyan qeyd edib ki, Cənubi Qafqazda yaranmış mövcud situasiya Rusiya və Qərb arasında münasibətləri gərginləşdirəcək. Politoloq hesab edir ki, ATƏT-in Minsk Qrupuna üzv olan dövlətlər şəxsi mənafelərini təmin etmək üçün Dağlıq Qarabağ münaqişəsini gündəmə gətirəcəklər. ("OLAYLAR" İA)