“Avropa İttifaqına qoşulmaq istəməyən dövlətlər Rusiya amilindən istifadə edir” - AÇIQLAMA

Ərəstun Oruclu: ”Ukraynada baş verən hadisələr Yanukoviçin siyasi sonu deməkdir”

"Ukraynada baş verən proseslər normal proseslərdir. Əgər xalqın iradəsi hakimiyyətin iradəsi ilə üst-üstə düşmürsə və kim ki səlahiyyətindən istifadə edib xalqın iradəsinə zidd qərar verirsə, xalqın iradəsi onu güzəştə getməyə məcbur edir. Bu, siyasətdə normal addımdır" bu sözləri "OLAYLAR"a açıqlamasında "Şərq-Qərb Araşdırmalar Mərkəzi"nin rəhbəri, politoloq Ərəstun Oruclu deyib. Politoloq Ukraynada baş verən hadisələri təəccüblə qarşılamır: "Yanukoviçin də aqibəti əslində gözlənilən idi. Sonradan Yanukoviç özü də etiraf edib ki, mən Rusiya ilə tək qalmışam,  Rusiyanın təzyiqləri qarşısında qorxuram. Buna görə də Avropa İttifaqının Assosiativ Sazişini imzalaya bilmirəm". Ərəstun Oruclu baş verənləri spekuliyasiya hesab edir: "Əslində, bunlar hamısı spekuliyasiya idi. Bütün bu cür Aİ-nın Assosativ Sazişinə qoşulmaq istəməyən ölkələrdə spekuliyasiya məqsədi ilə Rusiya amilindən istifadə edirlər. Amma Ukrayna təcrübəsi göstərdi ki, bu yalandır, əgər belə olmuş olsaydı, ən azından Rusiya Ukraynanı müdafiə etmiş olardı. Bu günə qədər Rusiya tərəfindən heç bir müdafiə addımının atıldığını hiss olunmayıb".

"Əslində Yanukoviçin aqibəti gözləniləndir, baxmayaraq ki bu gün o hakimiyyətdədir. Amma istənilən halda bu, onun siyasi sonudur" deyə Ərəstun Oruclu fikirlərini ifadə edib.

Politoloq Rusiyanın zəiflədiyini düşünür: "Ukraynanın Rusiyanın nəzarətindən çıxması Rusiyanın zəifləməsi deməkdir. Rusiyanın zəiflməsi təkcə Ukrayna ilə müttəfiqliyini itirməkdən qaynaqlanmır. Bunun çox ciddi səbəbləri Rusiyanın özünün Ukrayna, Özbəkistan tipli dövlət olmasındadır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00