“Münaqişələrin həllinin yubadılması….”
Əli Məsimli: “Avropa üçün böyük önəm daşıyan layıhələrin reallaşdırılmasına mane olur”
9 Dekabr 2013 15:29 Siyasət"Azərbaycan Avropanın bir nömrəli məsələsi olan enerji təhlükəsizliyi məsələsində necə mühüm rol oynayırsa, Avropa strukturları da Qarabağ probleminin həll olunmasında fəallıqlarını artırmalıdırlar". Son vaxtlar regionda və beynəlxalq aləmdə baş verən hadisələr, müttəfiq ökələrin yeni ittifaq yaratmaq meylləri, xüsusilə Kremlin Avrasiya İttifaqı təşəbbüsü müxtəlif əməkdaşlıq formalarının canlandırılması zərurətini ortaya çıxarıb. Bu sırada Azərbaycan, Ukrayna, Gürcüstan və Moldovanın təmsil olunduğu GUAM Əməkdaşlıq Təşkilatı da istisna deyil. Təşkilatın üzvləriundən olan Ukraynanın hazırda Avropa ilə Rusiya arasında seçim etmə çətinliyini yaşaması, Gürcüstanın yenidən Rusiyanın təhdidləri ilə üzləşmə təhlükəsi GUAM-ın üzvü olan ölkələrin təxirəsalınmaz tədbirlər görməsini qaçılmaz edib. Bəs görəsən bu tədbirlər nədən ibarət olar və GUAM çərçivəsində əməkdaşlığı hansı formada daha da inkişaf etdirmək mümkündür?
Milli Məclisin deputatı, İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri Əli Məsimli deyir ki, ilk növbədə GUAM ölkələrinin iqtisadi əməkdaşlığının
genişlənmə perspektivlərinə nəzər salmaq lazımdır. Onun sözlərinə görə, GUAM-ın 3 istiqamətdə genişləndirilməsi və işinin güçləndirilməsi zəruridir: "Birincisi, GUAM-ın tamamilə yeni səviyyə və yeni miqyaslarda yüksəlişi, təşkilatın üzvü olan ölkələr arasında qarşılıqlı əlaqələrin genişləndirilməsi və dərinləşdirilməsi, əməkdaşlığın keyfiyyətcə yeni səviyyəsinə nail olunmasıdır. Eyni zamanda GUAM-ın rəqabət qabiliyyəliliyinin və cazibədarlığının artırılması". Millət vəkili bildirir ki, GUAM ölkələri arasında əməkdaşlıq siyasi, iqtisadi, humanitar, enerji təhlükəsizliyi, nəqliyyat, kommunikasiya və digər sahələri əhatə edir. Əli Məsimli deyir ki, onların arasında iqtisadi əlaqələr xüsusi yer tutur: "Ukrayna tərəfinin statistik məlumatlarına görə, 2012-ci ildə GUAM ölkələri arasında qarşılıqlı ticarətin döviyyəsi 3,8 milyard dollar təşkil edib. 2005-2012-ci illərdə Azərbaycanın digər GUAM ölkələri ilə ticarət dövriyyəsi 2,6 dəfə artaraq 519 milyon manatdan 1,3 milyard dollara çatıb. Bununla belə ticarət sahəsində dinamika yüksək olsa da, onun mütləq anlamda əldə olunmuş nəticələri GUAM ölkələrinin potensial imkanlarından çox aşağıdır. Belə ki, Azərbaycanın xarici ticarət dövvriyyəsində digər GUAM ölkələri olan Gürcüstan, Ukrayna və Moldovanın payı cəmi 4 faiz, o cümlədən ixracda 3 faizdən də az, idxalda isə 7 faiz təşkil edir. Ona görə də GUAM dövlət başçılarının birgə imzası ilə təsdiq olunmauş sahələr üzrə əməkdaşlıq strategiyasında nəzərdə tutulan tədbirlərin daha dolğun və sistemli şəkildə həyata keçirilməsi zəruri hesab olunur. Düşünürəm ki, GUAM dövlətləri arasında əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi ölkələrimizin vətəndaşlarının geniş anlamda həyat keyfiyyətinin və həyat standartlarının yaxşılaşdırılması sahəsindəki gözləntilərinə cavab verməlidir. Bundan ötrü 2014-2020-ci illəri əhatə edən üzummüddətli dövr üçün GUAM-ın modernləşdirilməsi konsepsıysı hazırlanıb həyata keçirilməlidir". Əli Məsimlinin sözlərinə görə, həmin strategiyada GUAM ölkələrinin potensialından daha dolğun və səmərəli istifadə edilməsi məsələləri, sabitliyə və tərəqqiyə nail olmağa məqsədlənmiş cəmiyyət həyatının bütün tərəflərini əhatə edən demokratik islahatlar planı öz əksini tapmalıdır. Eyni zamanda dörd azadlığa malların (xidmətlərin), kapitalın, insanların və ideyaların sərbəst hərəkət azadlığına əsaslanan daha dərin inteqrasiyaya keçilməsini zəruri hesab edirəm. Həmin strategiyanın ruhuna uyğun olaraq müxtəlif iqtisadi məsələlərə ümumSUAM yanaşmasının işlənib hazırlanması da əməkdaşlığımızın genişləndirilməsi və dərinləşdirilməsi prosesinin sürətləndirilməsində mühüm rol oynaya bilər". Əli Məsimli qeyd edib ki, GUAM-ın prioritetlər içərisində regionun zəngin resurs potensialından səmərəli istifadə məsələri mühüm yer tutur: "Ekspert qiymətləndirmələrinə görə, Xəzər hövzəsinin neft ehtiyatları 15-22 milyard ton, təbii qaz ehtiyatları isə 12-18 trilyon kub metr təşkil edir. Həmin neft ehtiyatlarının 5 milyard tona və təbii qaz ehtiyatlarının 5 trilyon kubmetrə qədəri Azərbaycanın payına düşür. Azərbaycan həm neft və qaz hasilatçısı kimi, həm də Qazaxıstan neftinin və Türkmənistan qazının Avropa bazarlarına çıxarılmasında açar rolunu özündə saxlayan strateji önəmə malik bir ölkədir. GUAM ölkələri elmi-texniki, kənd təsərrüfatı, sahibkarlığın dəstəklənməsi, birgə investisiya və regional layihələr, QHT-lər arasında əməkdaşlıq və sair istiqamətlərdə geniş planlı əməkdaşlıq qura bilərlər. Eyni zamanda iqtisadiyyat, enerji, nəqliyyat, humanitar, elmi-texniki və digər sahələr üzrə layıhələr hazırlayıb birgə həyata keçirmək olar. Həmin layihələri uğurla həyata keçirməkdən ötrü real maliyyə mənbələri təmin olunmaqla sahə nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi zəruridir". Millət vəkili deyir ki, ikinci sıraya GUAM ölkələri ilə beynəlxalq və reğional qurumların qarşılıqlı əlaqə və təsirinin nəticəliliyinin artırılması aiddir: "GUAM bu istiqamətdə BMT, ATƏT, Avropa Şurası və digər qurumlarla əlaqədə işləyir. Eyni zamanda GUAM ABŞ, Yaponiya əlaqələrinin, eləcə də Benelüks,Vişeqrad ölkələri, Baltikyanı ölkələrlə quruLan əlaqələrin dərinləşdirilməsi və nəticəliliyinin artırılmasına ehtiyac var.
Geopolitik koordinatların dəyişkənliyi ilə seçilən hazırkı şəraitdə GUAM ölkələrinin Avropa strukturlarına inteqrasiyasının sürətləndirilməsi məsələsinin aktuallığı xeyli artıb. Prizmanın həmin bucağından baxdıqda, biz GUAM-ı Azərbaycan, Gürcüstan, Ukrayna və Moldovanın Avropa İttifaqına inteqrasiyasının daha münasib bir formatı kimi görürük. Nəhayət, üçüncüsü, GUAM timsalında Avropa standartları, meyarları və təcrübəsinə müvafiq gələn sivil münasibətlər məkanı yaratmaqla ölkələrimizin ərazisində olan münaqişələrin tənzimlənməsində öz potensialımızın artırılması və bu yöndə qüvvələrin səfərbər edilməsi. Hazırkı geopolitik reallıqlar diqtə edir ki, Azərbaycan, Gürcüstan, Ukrayna və Moldova "Şərq tərəfdaşlığı" layihəsinin iştirakçıları kimi ikitərəfli və çoxtərəfli əməkdaşlığın yeni mərhələsinə çıxmalı və beynəlxalq aləmdə özlərini daha yüksək səviyyədə təqdim etməlidir..Eyni zamanda Rusiya, Belarus və Qazaxıstanın yaratdıqları Gömrük İttifaqına girmədən, MDB-dən olan partnyorlarımızla da bərabərhüquqluluq və qarşılıqlı faydalılıq prinsiplərinə əsaslanan sivil münasibətlərin inkişaf etdirilməsini zəruri hesab edirik. Biz "Şərq Tərəfdaşlığı" layıhəsində iqtisadi sahədə əməkdaşlıqla yanaşı, sabitlik və təhlükəsiziliyin təmin edilməsi məsələsinə də yer verilməsini yüksək qiymətləndiririk. Hesab edirik ki, yalnız Avropa və Avroatlantik məkana inteqrasiya GUAM ölkələrini təhlükəsiz və davamlı inkişaf trayektoriyasına çıxara bilər. Eyni zamanda hesab edirik ki, Xəzərin enerji resurslarından istifadə etmədən Avropanın enerji təhlüksizliyinin etibarlılığını artırmaq mümkünsüzdür. Belə vəziyyət GUAM-la Avropa strukturlarının əməkdaşlığının sürətlənməsi və dərinləşməsi, eləcə də Avropa strukturlarının Azərbaycan, Gürcüstan və Moldova ərazilərində olan konfliklərin həllində fəal iştirak etmələri üçün praqmatik əsas yaradır. Həmin konflikləri beynəlxalq hüquq normaları və qəbul edilmiş qərar və qətnamələrə uyğun surətdə həll etmədən GUAM regionunda etibarlı sabitlik və davamlı tərəqqiyə nail olmaqla həm də Avropanın enerji təhlükəsizliyini etibarlı şəkildə təmin etmək olmaz". Əli Məsimli bildirib ki, münaqişələrin həllinin yubadılması Avropa üçün böyük önəm daşıyan layıhələrin də reallaşdırılmasına mane olur: "Ona görə də bu baxımdan Azərbaycan Avropanın bir nömrəli məsələsi olan enerji təhlükəsizliyi məsələsində necə mühüm rol oynayırsa, Avropa strukturları da Azərbaycanın əsas problemi olan Qarabağ probleminin, qəbul etdikləri qərar və qətnamələrə uyğun ədalətli şəkildə həll olunmasında fəallıqlarını artırmalıdırlar".
Süleyman İsmayılbəyli