Davudoğlu İrəvanda Dağlıq Qarabağdan danışacaq
Səfər zamanı dondurulan Sürix Protokolunun yenidən canlandırılması məsələsi ətrafında müzakirələr aparılacaq
9 Dekabr 2013 13:01 SiyasətTürkiyə xarici işlər naziri Əhməd Davudoğlunun Ermənistana ediləcək səfəri zamanı müzakirə ediləcək mövzülar müəyyən edilib. Türkiyə mətbuatının verdiyi xəbərə görə, dekabrın 12-də Ermənistanın paytaxtı İrəvan şəhərində səfərdə olacaq Əhməd Davudoğlu, həmkarı Edvard Nalbadyanla birlikdə Ermənistan-Azərbaycan və Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək. Verilən məlumata görə hər iki ölkə xarici işlər nazirləri, münaqişənin həll edilməsi münasibəti ilə 2009-cü ilin oktyabrında imzalanan və sonradan dondurulan Sürih Protokolunun yenidən canlandırılması məsələsi ətrafında müzakirələr aparacaqlar.
Türkiyə mətbuatının yazdığına görə, Türkiyə-Ermənistan sərhədlərinin açılmaması nəticəsində hər iki ölkə arasında diplomatik münasibətlər qurulmayıb və Dağlıq Qarabağda erməni işğalına son qoyulmadığı üçün Sürix Protokolunun ölkə parlamentlərində səs verməyə çıxarılması prossesi ləngiyib. ans