Azərbaycan XİN rəhbəri Qvineyaya yola düşüb
8 Dekabr 2013 16:56 SiyasətAzərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti 9-11 dekabr tarixlərində Qvineyanın paytaxtı Konakri şəhərində "Sivilizasiyalararası dialoq: sülh və davamlı inkişaf amili" adı altında keçiriləcək İslam əməkdaşlıq təşkilatının xarici işlər nazirləri şurasının 40-cı sessiyasında iştirak etmək üçün Qvineyaya yola düşüb.Trend-in XIN-in Mətbuat Xidmətinə istinadən verdiyi məlumata görə, tədbirdə nazir Elmar Məmmədyarovun çıxışı və ikitərəfli görüşləri nəzərdə tutulmuşdur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00