Aİ tərəflərə dəstək verməyə hazirdir

ATƏT-in Nazirlər Şurasının 20-ci iclasında iştirak etmək məqsədilə Ukraynada səfərdə olan xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filipp Lefort ilə görüşüb. "OLAYLAR"-ın XİN-ə istinadən verdiyi xəbərə görə, görüş zamanı nazir Elmar Məmmədyarov Ermənistan Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar və iki ölkə prezidentlərinin son görüşü haqda qarşı tərəfə məlumat vermişdir. Azərbaycanın münaqişə ilə bağlı mövqeyi bir daha diqqətə çatdırıb. Filipp Lefort Aİ-nin münaqişənin həlli ilə əlaqədar tərəflərə dəstək verməyə hazır olduğunu və etimad tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunun azərbaycanlı və erməni icmaları arasında dialoqun təşviq edilməsinin əhəmiyyətini qeyd edib.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00