Gürcüstan Böyük Britaniyanın Rusiyaya qarşı sanksiyalar tələb etdiyini bildirib ÖZƏL

Böyük Britaniyanın Tbilisidəki səfiri Qaret Uord Gürcüstan hökumət rəsmiləri ilə görüşərək onları Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə çağırıb, lakin London özü əvvəllər Rusiya neftinə tətbiq edilən məhdudiyyətləri aradan qaldırıb. Olaylar.az xəbər verir ki, bu barədə jurnalistlərə Gürcüstan Parlamentinin spikeri Şalva Papuaşvili bildirib.
"Britaniya səfiri şəxsən parlament də daxil olmaqla müxtəlif ofislərə baş çəkib, parlament üzvləri ilə görüşməyi xahiş edib, bəzən çay süfrəsi arxasında, bəzən isə ofislərində, sonra isə yarı-təhdid dolu bir tonda onlara Rusiya neft məhsullarının Gürcüstana tədarük edilməməli olduğunu deyib", - deyə Papuaşvili bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31