Aİ Ukraynaya 3,2 milyard avro ayırır – ÖZƏL
14:11 SiyasətOlaylar.az xəbər verir ki, Avropa Komissiyası və Kiyev 2026-2027-ci illəri əhatə edən 90 milyard avroluq maliyyə paketi çərçivəsində Ukraynaya iyunun ortalarında 3,2 milyard avro məbləğində büdcə dotasiyasının ayrılmasına dair danışıqları yekunlaşdırıb.
Avropa Komissiyasının iqtisadiyyat üzrə komissarı Valdis Dombrovskis bildirib ki, büdcə yardımının verilməsi üçün zəruri olan anlaşma memorandumu üzrə razılıq əldə olunub. Sözügedən transın iyunun ortalarında köçürülməsi üçün sənədin Ukrayna parlamenti tərəfindən ratifikasiya edilməsi gözlənilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31