Edmon Marukyan: "Paşinyan hakimiyyəti 1 mart hadisələri ilə bağlı xalqı aldadır" – ÖZƏL
13:07 SiyasətOlaylar.az xəbər verir ki, "Maarifçi Ermənistan" partiyasının lideri Edmon Marukyan jurnalistlərə müsahibəsində Baş nazir Nikol Paşinyanın 1 mart 2008-ci il hadisələrinin "açılması" barədə bəyanatlarını tənqid edərək, bu iş üzrə mümkün olan hər şeyin edildiyini və hakimiyyətin yeni heç nə ortaya qoya bilməyəcəyini vurğulayıb.
Marukyanın sözlərinə görə, mövcud hakimiyyət keçmiş rejimlərin korrupsiya işlərini ört-basdır edib və artıq 8 ildir ki, yalnız keçmiş prezident Robert Köçəryanın həbsi mövzusundan istifadə edərək hakimiyyətdə qalmağa çalışır. Siyasətçi bəzi deputatların, xüsusilə Andranik Köçəryanın "qan üzərində karyera" qurduğunu qeyd edib.
O, həmçinin bildirib ki, hakimiyyət 44 günlük müharibənin şəraitini araşdıran hesabatı Azərbaycan Prezidenti İlham Əliyevi növbəti dəfə qıcıqlandırmamaq üçün dərc etməkdən imtina edir.