İran ABŞ-yi BMT TŞ qərarlarından sui-istifadə etməkdə ittiham edib
09:59 SiyasətABŞ İran və onun dinc nüvə proqramı haqqında yalanlar yaymaqla BMT Təhlükəsizlik Şurasından sui-istifadə edir.
Bu barədə İranın BMT-dəki Daimi Nümayəndəliyi açıqlama yayıb.
"Tarixdə nüvə silahından istifadə edən yeganə ölkə olan ABŞ BAEA-nin təminatları altında dinc nüvə obyektlərinə edilən hücumlara, mülki şəxslərə və infrastruktura edilən zərbələrə görə məsuliyyət daşıyır. ABŞ qanunsuz dəniz blokadaları və İsrail rejiminin bölgədəki cinayətlərinə və vəhşiliklərinə qeyd-şərtsiz dəstək verməklə beynəlxalq hüququ pozmağa davam edir", - deyə bildirilib.
İranın daimi nümayəndəliyi bildirib ki, Vaşinqton "İrana qarşı yalanlar, saxta ittihamlar və dezinformasiya yaymaqla BMT Təhlükəsizlik Şurasının platformasından bir daha sui-istifadə edib"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31