Sloveniyada Mehdi Hüseynzadənin xatirəsi anılacaq
15:47 SiyasətMilli Məclisin sədr müavini Rafael Hüseynov mayın 20-də Sloveniya Respublikasının Lyublyana şəhərinə səfər edəcək. Olaylar xəbər verir ki , səfər çərçivəsində vitse-spiker Nova Qoritsa şəhərində təşkil olunacaq Mehdi Hüseynzadənin xatirəsinə, İkinci Dünya müharibəsində iştirak etmiş azərbaycanlı döyüşçülərə və faşizm üzərində Qələbənin qazanılmasında Azərbaycan xalqının töhfəsinə həsr olunmuş anım tədbirində iştirak edəcək.
Səfər mayın 21-də başa çatacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31