KTMT bu payız Rusiyada bir sıra hərbi təlimlər keçirəcək- ÖZƏL

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) xüsusi hərbi əməliyyatın döyüş təcrübəsinə əsaslanaraq bu payız Rusiyada bir sıra təlimlər keçirməyi planlaşdırır. Olaylar.az xəbər verir ki, bu barədə KTMT-nin baş katibi Taaletbek Masadikov bildirib.

O, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatında (ATƏT) "KTMT: Beynəlxalq Sülh və Sabitliyin Möhkəmləndirilməsi üçün Birlikdə" mövzusunda keçirilən beynəlxalq dəyirmi masa müzakirəsində çıxış edərkən qeyd edib ki, "Kollektiv qüvvələrimizin təlimini, ardıcıllığını və mobilliyini artırmaq üçün bu payız Rusiya Federasiyasında xüsusi hərbi əməliyyat zamanı qazanılmış ən yaxşı döyüş təcrübəsindən istifadə edərək bir sıra təlimlər keçirəcəyik"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31