Kommunistlər Qərbə "meydan oxuyur"

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi Ukraynada baş verən hadisələrlə bağlı bəyənat verib. Bəyənatda bildirilir ki, AKP Ukrayna Respublikasında baş verən hadisələrdən ciddi narahatçılıq keçirir və qərb dövlətlərinin radikal müxalifətə verdikləri dəstəyi ciddi pisləyir: "AKP bildirir ki, beynəlxalq hüquq normalarına zidd olaraq başqa dövlətlərin müstəqil, suveren ölkənin daxili işlərinə qarışması yolverilməzdir və bu müdaxilə dərhal dayandırılmalıdır. Bu gün bir sıra qərb dövlətləri ABŞ başda olmaqla Litvanın, Polşanın və o cümlədən beynəlxalq təşkilat olan Avropa İttifaqının açıq-aşkar şəkildə Ukrayna dövlətinin daxili işlərinə qarışması, həmin dövlətlərin rəsmi nümayəndələrinin azlıqda olan radikal müxalifətə dəstək nümayiş etdirərək nümayişçilər qarşısında çıxış etmələri demokratik prinsiplərə tamamilə ziddir və belə hallar Ukraynada ictimai-siyasi vəziyyəti gərginləşdirməyə yönəlmişdir". Sənəddə qeys edilir ki, Ukrayna dövlətinin taleyini yalnız ukraynalılar müəyyən edə bilərlər. Ukraynanın Avropa İttifaqına və ya Gömrük İttifaqına daxil olması məsələsini ümumxalq referendumunun keçirilməsi ilə müəyyənləşdirmək olar: "Azərbaycan Kommunist Partiyası bu cür olayları kəskin pisləyir və Ukrayna Respublikasının daxili işlərinə qarışan xarici dövlətlərdən bu müdaxiləni təcili sürətdə dayandırmağı tələb edir". OLAYLAR
                                                                                             

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00