Azərbaycan Respublikası Avropa İttifaqı ilə növbəti uğura imza atdı
6 Dekabr 2013 13:06 SiyasətCari ilin 5 dekabr 2013-cü il tarixində Avropa İttifaqının Daxili İşlər üzrə Şurasının iclası çərçivəsində "Azərbaycan Respublikası və Avropa İttifaqı və onun iştirakçısı olan Üzv Dövlətləri arasında Yerdəyişmə üzrə Tərəfdaşlıq barədə Birgə Bəyannamə imzalanmışdır. Yerdəyişmə üzrə Tərəfdaşlığa (Mobility Partnership) dair Birgə Bəyannamə Avropa İttifaqının miqrasiya və yerdəyişmə üzrə siyasətinin 4 əsas sütununu: qanuni miqrasiyanın təşviq edilməsi; qeyri-qanuni miqrasiya ilə mübarizə; miqrasiyanın inkişafa təsiri; sığınacaq və beynəlxalq müdafiə çərçivəsində olan münasibətləri tənzim edir. Bu sənəd, Azərbaycanın miqrasiya siyasətinin idarə olunması imkanlarını gücləndirməklə, insanların daha asan və rahat şəraitdə miqrasiyasının təmin olunması üçün səmərəli mexanizmdir. Belə ki, bu sənəd özündə qanuni miqrasiyanın hüquqlarının müdafiəsi, potensial miqrantların Aİ ölkələrinə qanuni miqrasiyası və orada işlə təmin olunma yolları və xaricdə təhsil barədə məlumatlandırılmaları, potensial miqrantların köç etməzdən əvvəl peşə və dil təlimlərinin təmin edilmələri, əmək bazarı imkanlarının müqayisə edilməsi, tələbə, tədqiqatçı, mütəxəssislərin mübadiləsinin eləcə də təlim, mübadilə və iş proqramlarının gücləndirilməsi, miqrantların könüllü qayıdış və reinteqrasiyasının təmin edilməsi, qayıdan miqrantların sosial müdafiəsi, xaricdə yaşayan Azərbaycanlılarla münasibətlərin gücləndirilməsi, ölkəyə sərmayə axınının təşviq edən proqramların dəstəklənməsi, yüksək ixtisaslı miqranlatın könüllü qayıdışının təşviq edilməsi yolu ilə "beyin axınının" qarşısının alınması, qarşılıqlı konsulluq müdafiəsinin gücləndirilməsi, viza məsələləri üzrə dialoqun təşviqi və digər münasibətlərin tənzim olunmasını ehtiva edir. OLAYLAR