Türkiyənin ölkəmizdəki səfirliyinin mətbuat müşaviri “Olaylar”ın qonağı olub
6 Dekabr 2013 11:30 SiyasətTürkiyə Cumhuriyyətinin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Həmid Qaradəniz "Olaylar" qəzeti redaksiyasının qonağı olub. Böyük Elçiliyin mətbuat müşaviri yazıçı-publisist, türkoloq-alim "Olaylar" qəzeti və eyniadlı İnformasiya Agentliyinin rəhbəri Yunus Oğuzla görüşüb. Görüşdə Türkiyə-Azərbaycan əlaqələri, iki qardaş ölkə arasındakı əməkdaşlığın inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Müzakirələr zamanı mətbuat sahəsindəki əməkdaşlıq səviyyəsi yüksək qiymətləndirilib, media nümayəndələrinin qarşılıqlı səfərlərlərinin davamlı olması qənaətinə gəlinib. Bildirilib ki, bu cür səfərlər həm Azərbaycanın, həm də Türkiyənin haqlı mövqeyinin KİV-lər vasitəsilə benəlxalq ictimaiyyətə çatdırılmasında mühüm əhəmiyyət kəsb edir. Bu işdə Türkiyənin ölkəmizdıki səfirliyinin rolu xüsusilə vurğulanıb. Sonda Yunus Oğuz müəllifi olduğu kitabları Həmid Qaradənizə hədiyyə edib. OLAYLAR
.