Avropa İttifaqı ABŞ ilə ticarət müharibəsindən yayınmağa çalışır – ÖZƏL

Olaylar.az xəbər verir ki, Avropa İttifaqı Şurasının rəhbəri Antoniu Koşta Brüsselin Vaşinqtonla münasibətləri qoruyub saxlamaq əzmində olduğunu bəyan edərək, tərəflər arasındakı gərginliyi soyuqqanlılıqla qarşılamağa çağırıb. ABŞ Prezidenti Donald Trampın Avropa avtomobillərinə 25% idxal rüsumu tətbiq etmək hədələrinə və kəskin ritorikasına baxmayaraq, Koşta əsas prioritetin NATO daxilində sabitliyi və ticarət əlaqələrini qorumaq olduğunu vurğulayıb. 

Trampın sosial şəbəkələrdəki tənqidlərinə ironiya ilə yanaşan Aİ rəsmisi, ittifaqın hər "tvitə" cavab vermək əvəzinə strateji təmkin nümayiş etdirdiyini bildirib. Hazırda Brüsselə ticarət razılaşmalarının şərtlərini yerinə yetirmək üçün 4 iyul tarixinədək vaxt verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31