Deputatlarımız Rumuniyaya səfər edəcəklər
15:09 SiyasətMilli Məclis sədrinin müavini Ziyafət Əsgərov və Rumıniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azay Quliyev mayın 11-də Rumıniyanın Buxarest şəhərinə səfər edəcəklər. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a bildirilib ki, səfər çərçivəsində deputatlarımız Azərbaycanın Rumıniyadakı səfirliyinin təşkilatçılığı ilə bu ölkənin Senatında Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş "Azərbaycan ilə Rumıniya münasibətlərində Ulu Öndər Heydər Əliyevin rolu" adlı konfransda iştirak edəcəklər.
Səfər mayın 13-də başa çatacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31