Şalva Papuaşvili: “4 oktyabr hadisələrinə görə Brüssel siyasi məsuliyyət daşıyır” – ÖZƏL

Olaylar.az xəbər verir ki, Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili 4 oktyabr hadisələri ilə bağlı çıxarılan məhkəmə qərarını şərh edərkən Brüsseli sərt ittiham edib. O bildirib ki, həmin gün baş verən zorakılıqlar, 25 polisin yaralanması və dövlət çevrilişinə cəhd birbaşa Avropa İttifaqı rəsmilərinin siyasi məsuliyyətidir. 

Papuaşvilinin sözlərinə görə, bəzi xarici diplomatlar və siyasətçilər Salome Zurabişviliyə dəstək nümayiş etdirməklə onu və tərəfdarlarını qanunsuz addımlara təşviq ediblər. Spiker vurğulayıb ki, Gürcüstanı 90-cı illərin xaosuna qaytarmaq istəyən ssenariləri maliyyələşdirən hər kəs ölkənin düşmənidir. 

O, həmçinin "Transparency International" kimi təşkilatların bu hadisələrdəki rolunu tənqid edərək, Gürcüstanda qan tökülməsini və vətəndaş müharibəsini stimullaşdıran qüvvələrin kimliyinin tezliklə araşdırılacağını qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31