Aİ Rusiyaya qarşı müharibə zonasından uşaqların təxliyəsinə görə sanksiyalar tətbiq edəcək- ÖZƏL
14:58 SiyasətAvropa İttifaqı (Aİ) mayın 11-də Rusiya vətəndaşlarına qarşı yeni şəxsi sanksiyalar tətbiq etməyə hazırlaşır. Sanksiyalar Ukraynadakı müharibə zonalarından uşaqların təxliyəsi ilə bağlıdır. Olaylar.az xəbər verir ki,
Brüsseldəki mənbələrə istinadən yayılan məlumata görə, Aİ xarici işlər nazirləri gələn bazar ertəsi Rusiyaya qarşı yeni məhdudlaşdırıcı tədbirləri təsdiqləyəcəklər. Bu addım "uşaqların qanunsuz deportasiyası" ilə əlaqələndirilir.
Qeyd olunur ki, yeni sanksiyalar siyahıya daxil ediləcək şəxslərin Avropa İttifaqı ölkələrindəki bank aktivlərinin dondurulmasını və onların Aİ ərazisinə girişinin qadağan edilməsini nəzərdə tutur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31