Azərbaycan sülh gündəliyinə sadiqdir- ÖZƏL

"Prezident İlham Əliyevin 2026-cı il 4 may tarixində "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxışı bir daha dövlət başçısının qətiyyətini ortaya qoydu."Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxış edən dövlət başçısı çıxışında regionda formalaşmaqda olan yeni siyasi reallıqlar, Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyinin irəliləyişi, eləcə də Avropa institutları ilə qarşılıqlı münasibətlərin mövcud vəziyyəti barədə ətraflı məlumat verdi"."Olaylar" xəbər verir ki. bunu Milli Məclisin deputatı Məşhur Məmmədov deyib: "Prezident İlham Əliyev qeyd etdi ki, Ermənistan tərəfi "Avropa Siyasi Birliyi"nin Zirvə görüşünün 2028-ci ildə Azərbaycanda keçirilməsini dəstəkləyib. Dövlət başçısı bildirib ki, António Costa-nın Azərbaycana səfəri zamanı Zirvə görüşündə iştirak məsələsi müzakirə olunub və onun videobağlantı formatında iştirakı razılaşdırılıb.

Bununla yanaşı, Prezident xatırlatdı ki, bir il əvvəl Tirana şəhərinə səfəri zamanı António Costa və Ursula von der Leyen tərəfindən 2026-cı ilin mayında Zirvə görüşünün Ermənistanda keçirilməsi təşəbbüsü ilə bağlı onun mövqeyi öyrənilib və Azərbaycan bu təşəbbüsü dəstəkləyib. Tarazlı yanaşmanın təmin olunması məqsədilə növbəti Zirvə görüşlərindən birinin Azərbaycanda keçirilməsi təklifi irəli sürülüb və qəbul edilib.

Dövlət başçısı vurğuladı ki, Ermənistanın da Azərbaycanın namizədliyini dəstəkləməsi iki ölkə arasında sülhün real və dayanıqlı xarakter daşıdığını göstərir. Prezident qeyd etdi ki, tərəflər cəmi doqquz aydır sülh şəraitində yaşayır və qarşılıqlı etimadın möhkəmləndirilməsi istiqamətində addımlar atılır. Prezident İlham Əliyev çıxışında sülhün praktiki nəticələrinə də toxunaraq bildirdi ki, əldə olunmuş razılaşmalar əsasında Azərbaycan ərazisi vasitəsilə Ermənistana artıq 28 min ton yük daşınıb. O, qeyd etdi ki, ötən ilin avqust ayında Ağ Ev-də Azərbaycan və Ermənistan liderləri tərəfindən Birgə Bəyannamə imzalanıb, həmin sənədə Donald Trump şahid qismində imza atıb. Eyni zamanda, hər iki ölkənin xarici işlər nazirləri sülh sazişinin mətnini paraflayıblar. Dövlət başçısı bildirdi ki, Azərbaycan sülhün möhkəmləndirilməsi məqsədilə 1990-cı illərin əvvəllərindən etibarən Ermənistana tətbiq etdiyi bütün tranzit məhdudiyyətlərini birtərəfli qaydada aradan qaldırıb. Bunun nəticəsində yalnız humanitar və kommersiya yüklərinin daşınması deyil, həm də iqtisadi əməkdaşlığın ilkin elementləri formalaşıb"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31