Almaniya daxilindəki çəkişmələr Avropa İttifaqını ləngidir: Fridrix Mertsin nüfuzu sarsılır ÖZƏL
13:18 SiyasətOlaylar.az xəbər verir ki, "Politico" nəşrinin avropalı diplomatlara istinadən yaydığı məlumata görə, Almaniya kansleri Fridrix Mertsin üzləşdiyi daxili siyasi çətinliklər Berlinin Avropa İttifaqındakı nüfuzuna mənfi təsir göstərir. Bildirilir ki, Almaniya nümayəndələri Berlindən dəqiq təlimat ala bilmədikləri üçün Aİ-nin işçi qruplarında ölkənin rəsmi mövqeyini səsləndirməkdə çətinlik çəkirlər. Bu vəziyyət süni intellekt normaları və tütün məhsullarının tənzimlənməsi kimi vacib məsələlərin müzakirəsini ləngidib.
Diplomatlar Mertsin rəhbərlik etdiyi koalisiya daxilindəki münaqişələrin Aİ ilə ABŞ arasındakı ticarət sazişinin ratifikasiyasını da gecikdirdiyini qeyd edirlər. Mənbələr hazırkı vəziyyətin eks-kansler Olaf Şoltsun dövrü ilə müqayisədə bir qədər yaxşı olduğunu bildirsələr də, Mertsin hökumət başçısı kimi fəaliyyətinə dair gözləntilərin getdikcə azaldığını vurğulayırlar.