"Nənəsini səkkiz dəfə dəfn edən jurnalist": Erməni deputatdan Paşinyana sərt bənzətmə – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistanın "Ermənistan" müxalifət blokunun deputatı Geqam Manukyan baş nazir Nikol Paşinyanın 9 May Qələbə paradında iştirak etmək üçün Moskvaya getməkdən imtina etməsini kəskin tənqid edib. Manukyan Paşinyanı dərsdən yayınmaq üçün bəhanə gətirən şagirdlərə və nənəsinin dəfnini bəhanə edərək işə gəlməyən keçmiş həmkarına bənzədib. 

O bildirib ki, dövlət başçısının böyük dövlətlərlə münasibətdə uşaq kimi davranması və inciklik nümayiş etdirməsi qeyri-ciddidir. Deputatın sözlərinə görə, bu cür bəhanələr Rusiya ilə münasibətlərə mənfi təsir göstərir və erməni xalqının İkinci Dünya müharibəsindəki tarixi roluna kölgə salır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31