Qarabağ həqiqətlərinin daha geniş yayılması müzakirə edilib
5 Dekabr 2013 15:45 SiyasətTürkiyəyə səfəri çərçivəsində millət vəkili Qənirə Paşayeva Türk Ocaqları İstanbul şöbəsinin rəhbəri Cezmi Bayram ilə görüşüb. "OLAYLAR"-ın xəbərinə görə, İstanbul Türk Ocaqlarının başqanı dr. Cezmi Bayram təmsil etdiyi qurumun həyata keçirdiyi layihələr və qarşıda duran vəzifələr barədə danışıb, bir millət iki dövlət olan Azərbaycan və Türkiyə arasında bütün istiqamətlərdə əlaqələrin daha da inkişaf etməsinin məmnuniyyətverici olduğunu söyləyib. Millət vəkili Qənirə Paşayeva bildirib ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə daha geniş tanıdılması, qondarma "erməni soyqırımı" yalanlarının qarşısının alınması istiqamətində iki ölkənin qeyri-hökumət təşkilatları, strateji araşdırmalar mərkəzlərinin birgə səylərini daha da artırması, qarşılıqlı əməkdaşlıq şəraitində birgə çalışmaları vacib və əhəmiyyətlidir. Görüşdə Türk Dünyasının ortaq tarixi, ədəbiyyatı, mədəniyyətinin gənclərə daha yaxşı öyrədilməsi istiqamətində, türk dünyasının böyük şəxsiyyətlərinin bütün türk dünyası bölgələrində daha geniş tanıdılması istiqamətində, özəlliklə Qarabağ, Xocalı Soyqırımı həqiqətlərinin daha geniş duyurulması istiqamətində iki təşkilatın birgə həyata keçirəcəyi layihələr ətrafında geniş fikir mübadiləsi aparılıb.