Nazirlər Kabineti xüsusi icra məmurları ilə bağlı qərarlara dəyişiklik etdi
17:06 SiyasətNazirlər Kabineti "Xüsusi icra məmurları haqqında" qanunun tətbiqi ilə əlaqədar bir sıra qərarlarda dəyişiklik edib.
Olaylar.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Dəyişikliklər Prezident İlham Əliyevin "Xüsusi icra məmurları haqqında" qanunun tətbiqi barədə 2025-ci il 13 avqust tarixli fərmanının icrası məqsədilə həyata keçirilib.
Qərara əsasən, müxtəlif normativ sənədlərdə yer alan "icra məmuru" ifadəsi bir sıra hallarda "dövlət icra məmuru" ifadəsi ilə əvəz olunub. Dəyişikliklər müsadirə edilmiş əmlakın uçotu və saxlanılması, üzərinə həbs qoyulmuş əmlakın qorunması, məcburi müalicə qaydaları, inzibati aktların icrası və xüsusi müsadirə edilmiş əmlakın dövlət nəfinə verilməsi ilə bağlı sənədləri əhatə edir.
Bundan başqa, üzərinə həbs qoyulmuş əmlakın saxlanılması qaydalarında xüsusi icra məmurlarının fəaliyyəti ilə bağlı müddəalar da əlavə edilib.