Bir qrup mədəniyyət xadiminə Prezidentin fərdi təqaüdü veriləcək

Mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.

Olaylar.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sənədə əsasən, Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü veriləcək.

Abbasov Adil Möhsün oğlu

Bağırova Sənubər Yusufovna

Həkimova Svetlana Calal qızı

Hüseynov Rövşən Maqsud oğlu

Mehdiyev Cahangir Yaqub oğlu

Məlik-Aslanov Ramiz Lütfəli oğlu

Məmmədov Alim Tahir oğlu

Məmmədova Rimma Şahbabayevna

Mustafayev Mustafa Şura oğlu

Nəsirova Hicran Fətəli qızı

Rəhimova Adilə Teymurovna.

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31