Mirzə Sakit hansı partiya sədrini "çaqqal", üzvlərini isə "çaqqal yığnağı" adlandırdı?
5 Dekabr 2013 15:34 SiyasətSatirik şair Mirzə Sakit "Facebook" ünvanında partiya sədrini "çaqqal", partiya üzvlərini isə "çaqqal yığnağı" adlandırıb. Yazdığı statusa verilən rəylərdən məlum olur ki, şair partiya sədri deyəndə AXCP sədri Əli Kərimlini nəzərdə tutur. Mirzə Sakit həmçinin AXCP-nin mətbuat xidmətinin rəhbəri Natiq Ədilovu da təhqir edib. Həmin statusu olduğu kimi diqqətinizə çatdırırıq: "Dağ da gözəl bilir ki, dərə ondan aşağıdadır. Sadəcə öz dağlığından enib dərənin səviyyəsinə ona görə düşmür ki, insanlar dağın enməsindən kədərlənməsinlər. Çünki dağ qürur mənbəyidir. O, öz dağ dostuna söykənərək qürurunu qoruyur. Çaqqal kimi ağız-ağıza verib vaqqıldaşmaqla birlik əldə etmək mümkünsüzdür. Ona görə ki, vaqqıldaşanların tərkibi çaqqallardan ibarətdir. Mən o çaqqallardan ona görə vaxtında uzaqlaşdım ki, o öz vaqqıldamasını ulamaq kimi qələmə verirdi. Ondan ayrılarkən də ona xatırladıb açıqca dedim ki, ey çaqqal, səni məhv edəcəm. Elə ona görə çox çəkmədi ki, insanlar o vaqqıldayanın çaqqal olduğunu dərk elədi. O çaqqalın kim tərəfindən aşkara çıxarılması hiss olunmasa da bilin ki, onu aşkar edən mənəm. İnsanlara bunu mən demişdim və bundan sonra da ona qarşı hər zaman amansız olacam. Bunu kimlərsə, kin-kudurət kimi qəbul edəcəklərsə, o adamlar bədbəxtdirlər. Ən azı ona görə ki, çaqqalların kimliyi bilinməlidir. Ən çox da həmin həmin çaqqalın mətbuat xidmətinin rəhbərinin (sözçüsünün) vaqqıltısı həmin sürürnün çaqqal yığnağı olduğunu büruzə verdi. İnanırsınızmı? Onun və onun ətrafında olanların səslərini bircə anlıq diqqətlə dinləyin, o zaman mənim haqlı olduğumu dinləyəcəksiniz". ("OLAYLAR İA")