Enerji böhranı fonunda Aİ-nin Bakı seçimi- ÖZƏL

" Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığının əsası 1991-ci ildə qoyulub və uğurla inkişaf etdirilir. Avropa İttifaqının enerji təhlükəsizliyində Azərbaycan yer almış dövlətlərdəndir, xüsusilə Cənubi Qafqaz qaz dəhlizi vasitəsilə həyata keçirilən əlaqələr tərəflər üçün mühüm əhəmiyyət kəsb edir. Avropa İttifaqı Azərbaycanın ən böyük ticari iqtisadi tərəfdaşıdır, təkcə İtaliyanın enerji təchizatında Azərbaycanın payı 34%-ə qədər yüksəlib. Avropa Birliyinin 8 ölkəsi Azərbaycandan qaz alır. Tərəflər arasında siyasi dialoq, ticari iqtisadi münasibətlər Avropa İttifaqının 1999-cu ildən bəyan etdiyi Tərəfdaşlıq və Əməkdaşlıq sazişi, habelə Şərq qonşuluğu müstəvisi üzərində həyata keçirilir".

Bu fikirləri politoloq Elşən Manafov Olaylar.az-a açıqlama verib:
" Aİ regionda sülhün və sabitliyin təmin olunmasında Azərbaycanın hərtərəfli düşünülmüş və məqsədəyönümlü siyasətini yüksək qiymətləndirir.
Rusiya və Ukrayna arasında 2022-ci ildən bəri gedən hərbi əməliyyatlar, AB-nin Rusiyadan olan enerji asılılığının minimuma endirilməsi istiqamətində həyata keçirilən siyasət fonunda AB-nin Azərbaycana enerji resurslarına malik olan dövlət olaraq marağı əhəmiyyətli şəkildə artıb. Enerji təhlükəsizliyi faktoru isə öz növbəsində rəsmi Bakının regional, bəzi hallarda isə qlobal konteksdə geosiyasi məzmunlu proseslərə təsir imkanlarını gücləndirib. Hazırda, İran ətrafında yaşanan gərginlik fonunda bu özünü daha qabarıq şəkildə büruzə verməyə başlayıb və bu amil rəsmi Bruselin də, diqqətindən yayınmır. Bu konteksdə Kallasın Bakıya səfəri tərəflər arasında əməkdaşlığın yeni mərhələyə yüksəlməsinin bariz göstəricisidir.
Hörmüz boğazında yaşanan gərginlik bütün dünyada olduğu kimi AB-nin özündə də, enerji böhranı doğurub. Hazırkı şəraitdə məlum böhrandan çıxış yoılarını arayan Aİ-i Azərbaycana etibarlı tərəfdaş kimi yanaşdığından onunla enerji təhlükəsizliyi sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlıdır".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31