Epşteynlə bağlı bu məlumat İLK DƏFƏ yayımlandı - ŞOK FOTOLAR


  •  
  •  
  •  
  •  

ABŞ-da seksual istismar və insan alveri ittihamları ilə gündəmə gələn milyarder Ceffri Epşteynin ölümündən əvvəl yazdığı iddia edilən qeyd illər sonra ictimaiyyətə açıqlanıb. Sənəddə yer alan bəzi ifadələr isə böyük rezonans doğurub.

Musavat.com CNN-ə istinadən xəbər verir ki, federal hakim Epşteynin ölümündən bir neçə həftə əvvəl yazıldığı iddia edilən qeydin yayımlanmasına icazə verib.

Qeyddə "Aylarla davam edən araşdırmaya baxmayaraq heç nə tapılmadı" və "Nə etməyimi istəyirsən, ağlayıb-sızlamağımı? Vidalaşanda seçim edə bilmək böyük bir nemətdir" kimi diqqətçəkən ifadələr yer alıb.

image (100).jpg (108 KB)

Lakin ABŞ mediası qeyd edir ki, sənədin həqiqətən Epşteyn tərəfindən yazılıb-yazılmadığı hələ də tam təsdiqlənməyib.

"New York Times"ın məlumatına əsasən, qeyd Epşteynin kamera yoldaşı Nikolas Tartaglione tərəfindən tapılıb. Bildirilir ki, sənəd Epşteynin həbsxanada intihar cəhdindən sonra aşkar edilib və sonradan Tartaglionenin cinayət işi çərçivəsində federal hakim tərəfindən möhürlənərək gizli saxlanılıb.

Qəzetin məhkəməyə müraciətindən sonra sənədin məxfiliyi aradan qaldırılıb.

Xatırladaq ki, Ceffri Epşteyn 18 yaşından kiçik onlarla qıza qarşı seksual istismar və insan alveri şəbəkəsi yaratmaqda ittiham olunurdu. O, 10 avqust 2019-cu ildə Nyu-Yorkdakı Manhetten Metropoliten Həbsxanasındakı kamerasında ölü tapılmışdı.

İşlə bağlı açıqlanan məhkəmə sənədlərində Britaniya kral ailəsinin üzvü Şahzadə Endryu, ABŞ prezidenti Donald Tramp, keçmiş prezident Bill Klinton, aktyor Kevin Speysi, illüzionist Devid Kopperfild və digər tanınmış şəxslərin adları da yer alıb. ABŞ Federal Təhqiqat Bürosu (FTB) və Ədliyyə Nazirliyi tərəfindən aparılan araşdırmaların nəticəsində Epşteynin "müştəri siyahısı" ilə bağlı konkret sübut tapılmadığı bildirilib. Rəsmi açıqlamada Epşteynin ölümünün intihar olduğu qeyd olunub.

 
 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31