Dövlət Departamentindən ABŞ diplomatlarına sərt xəbərdarlıq: Qadağandır!

ABŞ Dövlət Departamenti amerikalı diplomatlara məxfi məlumatlardan bukmekerlərlə mərc qoymaq üçün istifadəni qadağan edib.

Musavat.com The Wall Street Journal-a (WSJ) istinadən xəbər verir ki, ABŞ rəsmilərinin Kalshi və Polymarket kimi onlayn platformalarda məxfi dövlət məlumatlarından istifadə edərək mərc etmələri ilə bağlı məlumatlar Vaşinqtonda  ciddi narahatlığa səbəb olub.

Buna görə də diplomatlara xüsusi yazılı xəbərdarlıq göndərilib: "Dövlət Departamenti işçiləri tərəfindən qeyri-ictimai məlumatlardan maliyyə mənfəəti üçün sui-istifadə edilməsi qəbuledilməzdir və çox ciddi pozuntu təşkil edir".

Bu xəbərdarlıq ABŞ-ın Venesuelaya müdaxiləsi və prezident Nikolas Maduronun tutulmasına mərc edən ABŞ hərbçisi Qannon Van Daykın məhkəmədə günahsız olduğunu iddia etməsindən bir həftə sonra dünya üzrə ABŞ diplomatlarına paylanılıb.

WSJ mənbələri hesab edir ki, istifadəçilərin müəyyən bir ictimai hadisənin ehtimalına mərc edə biləcəyi onlayn platformalar adlanan proqnoz bazarlarının populyarlığının kəskin artması potensial olaraq ABŞ üçün ciddi milli təhlükəsizlik probleminə çevrilə bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31