Ulu Öndər Azərbaycanı aqrar respublikadan sənaye respublikasına çevirdi- ÖZƏL

Ulu Öndər Heydər Əliyevin həm sovet dövründə, həm də müstəqillik illərində Azərbaycan iqtisadiyyatının inkişafı üçün tarixi xidmətləri olub. Ulu Öndərin fəaliyyəti nəticəsində Azərbaycan keçmiş ittifaqda aqrar respublikadan sənaye respublikasına çevrildi, qısa müddətdə ön sıralara çıxdı". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Ziyad Səmədzadə deyib: "1970-ci illərdə yaradılmış elmi-texniki istehsal potensialı olmasaydı, bu gün müstəqil Azərbaycan çoxlu çətinliklərlə üzləşə bilərdi. Zəngin dövlətçilik təcrübəsinə malik olan Heydər Əliyev Azərbaycanda yenidən böyük siyasətə qayıtdıqda respublikanı ağır fəlakətdən qurtarmaq üçün Azərbaycanın tarixi-iqtisadi xüsusiyyətlərinə, geosiyasi şəraitinə, milli mənafelərinə uyğun inkişaf strategiyası hazırladı, düşünülmüş və sistemli tədbirlər həyata keçirdi, beynəlxalq təşkilatlarla, inkişaf etmiş ölkələrlə əməkdaşlığın formalaşması, iqtisadi islahatların aparılmasını prioritet vəzifələr kimi müəyyən etdi. Bu gün biz böyük qürur hissi ilə deyə bilərik ki, müstəqil Azərbaycan dövlətinin yeni iqtisadi sisteminin yaradılması Heydər Əliyevin adı ilə bağlıdır".

Onun sözlərinə görə, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan inkişafın yeni mərhələsini yaşayır. Onun sözlərinə görə, ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş dövlətimiz dünyada söz sahibidir: "Bu gün dünyanın aparıcı siyasətçiləri, dövlət xadimləri, ekspertləri ölkəmizin dinamik inkişafını yüksək qiymətləndirirlər. Bütün bu uğurların əsasında Heydər Əliyev siyasəti dayanır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31