Qazaxıstanın Baş naziri Azərbaycana səfər edəcək

Qazaxıstanın Baş naziri Oljas Bektenov mayın 17-22-də Azərbaycanda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirak etmək məqsədilə ölkəmizə səfər edəcək.

Bu barədə Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel açıqlamasında məlumat verib.

Diplomatın sözlərinə görə, ölkəsi sözügedən tədbirdə geniş tərkibli nümayəndə heyəti ilə təmsil olunacaq:

"Qazaxıstan tərəfindən yüksək səviyyəli iştirak təmin olunacaq. Tədbirdə ölkəmizi Baş nazir Oljas Bektenovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31