Belçika XİN rəhbərindən ABŞ səfirinə sərt mesaj: “Gündəliyimizi diktə etməyin”- ÖZƏL

Belçikanın xarici işlər naziri Maksim Prevost ABŞ-ın Brüsseldəki səfiri Bill White-ı açıq tənqid edib. Nazir səfiri ölkə hökumətinin gündəliyinə müdaxilə etməməyə çağıraraq bildirib ki, "hökumətin qərarlarını diktə etmək səfirin işi deyil". Olaylar.az xəbər verir ki, gərginlik Belçikada yəhudi icmasında lisenziyasız sünnət əməliyyatları ilə bağlı araşdırmalar fonunda yaranıb. ABŞ səfiri bu prosesi tənqid edərək ölkəni "antisemit" kimi təqdim edib. Rəsmi Brüssel isə cavabında vurğulayıb ki, dövlət qərarları xarici diplomatik nümayəndəliklərdə müəyyən edilmir və səfirlik bu məsələlərə müdaxilə etməməlidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31