Mirzoyan: "Ermənistan vətəndaşlarının maraqları diasporun istəkləri ilə üst-üstə düşməyə bilər" – ÖZƏL
15:37 SiyasətOlaylar.az xəbər verir ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan "İrəvan Dialoqu - 2026" beynəlxalq konfransında çıxış edərək, "real Ermənistan" konsepsiyası və diasporla münasibətlər barədə mühüm bəyanatlar verib. Nazir qeyd edib ki, müxtəlif ölkələrdə yaşayan ermənilərin baxışları bir-birindən və ən əsası, Ermənistan vətəndaşlarının real ehtiyaclarından fərqlənir.
Mirzoyanın sözlərinə görə, diasporun böyük hissəsi hələ də "tarixi Ermənistan" xəyalı ilə yaşayır, lakin bu yanaşma dövlətin gələcəyi üçün təhlükəlidir. O vurğulayıb ki, Ermənistan xalqı artıq qonşularla onilliklər boyu davam edən münaqişələrdə nəsillərini itirmək istəmir və hökumətdən konkret sülh mandatı tələb edir.
Keçmiş illərin böhranlarından dərs çıxardıqlarını bildirən XİN rəhbəri, ölkənin suverenliyini qorumaq üçün yeganə yolun sülhün bərpası və dünyaya açıq olmaqdan keçdiyini diqqətə çatdırıb.