İtaliya və Azərbaycan enerji təhlükəsizliyi baxımından iki strateji tərəfdaşdır- ÖZƏL

"Azərbaycanla İtaliya arasında əlaqələrin yüz ildən artıq yaşı var. Xalq Cümhuriyyəti dövründə Azərbaycanın mandatı bu ölkəyə verilmişdi. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra da iki ölkə arasında iqtisadi-siyasi əlaqələr inkişaf edib. 2020-ci il fevralın 20-də Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya səfəri ölkələr arasında əlaqələrin yüksək səviyyədə olduğunu təsdiqləyir. Səfər zamanı Romada "Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə" imzalanıb. Bu sənədə əsasən, ölkələr arasında münasibət, çoxsaylı biznes anlaşmaları nəinki neft-qaz sektorunda, eləcə də iqtisadiyyatın başqa sahələri üzrə əməkdaşlığın genişləndirilməsinə təkan verəcək, Azərbaycanın sənaye, kənd təsərrüfatı, infrastruktur, turizm, nəqliyyat-logistika və digər sahələrinə yatırılan italyan sərmayələrini artıracaq". "Olaylar" xəbər verir ki, bunu YAP Yardımlı rayon təşkilatının sədri Anar Alışov deyib: " Yeri gəlmişkən, çoxölçülü tərəfdaşlıq gələcəyə yönəlmiş, qlobal və regional proseslərə, problemlərə ümumi baxış, habelə tərəflərin mövcud maraq və nüfuz dairəsinə düşən bölgələrdə sülh, sabitlik və rifahı inkişaf etdirmək üçün ortaq bir hədəfə istiqamətlənən əməkdaşlıqdır. Bu baxımdan Azərbaycan və İtaliya arasında imzalanan sənəd tərəflər arasında qarşılıqlı maraqların, qlobal və regional təhlükəsizliyin təmin edilməsi, əməkdaşlığın, əlaqələrin inkişafı baxımından çox əhəmiyyətli sayılır.
      İtaliya və Azərbaycan enerji təhlükəsizliyi və iqtisadi-ticari əlaqələr baxımından iki strateji tərəfdaşdır. Ticari baxımından biz ölkənin ilk kommersiya tərəfdaşıyıq. Bizi həm də fəal siyasi dialoq birləşdirir. Həmçinin xalqlarımız arasında mövcud olan təbii rəğbət kino, memarlıq, musiqi və incəsənət vasitəsi ilə daha da möhkəmlənir.
        Azərbaycan bir çox sahələri əhatə edən və strateji tərəfdaşlığa çevrilmiş İtaliya ilə tarixi və mükəmməl ikitərəfli əlaqələrə malikdir. İki ölkə arasında siyasi dialoqun yüksək keyfiyyəti zəngin iqtisadi və ticari əməkdaşlıq əlaqələri ilə möhkəmlənmişdir. Ölkəmizlə Azərbaycan arasında siyasi münasibətlər sonuncunun Rusiya imperiyasının süqutundan sonra 1918-ci il mayın 28-də elan etdiyi qısa "ilk müstəqilliyi" ilə başlamışdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31